azadses.az » Cəmiyyət » “Məhsul və xidmətlərimizi müştərilərimizin tələblərinə uyğun olaraq təqdim edirik”

“Məhsul və xidmətlərimizi müştərilərimizin tələblərinə uyğun olaraq təqdim edirik”

AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bankın fəaliyyəti ilə bağlı müsahibə verib.
Sözügedən müsahibəni təqdim edirik:

- Özünüzü yeni ölkədə və yeni vəzifədə - AccessBank-ın İdarə Heyətinin sədri kimi necə hiss edirsiniz?
- Azərbaycanda dəfələrlə qısamüddətli işgüzar səfərlərdə olmuşam. Amma bura uzunmüddətlik gəlmək həm imtiyaz, həm də böyük məsuliyyətdir. Qoşulduğum AccessBank komandası peşəkarlardan ibarətdir. Əməkdaşlarımız daima üzərlərində işləyir, ixtisaslarını artırırlar. AccessBank uzun müddətdir ki, mikrobiznes üçün maliyyə mənbəyi rolunda çıxış edir və bu bütün ölkənin iqtisadi inkişafı üçün olduqca mühüm rol oynayır. Bildiyiniz kimi, AccessBank Azərbaycan bazarında artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Bankımızda bu illər ərzində qurulmuş korporativ mədəniyyət əməkdaşlarımıza mikrosahibkarlığın dəstəklənməsinə məsuliyyət hissini aşılayıb və mən əminəm ki, məhz bu məsuliyyət hissi bizə növbəti 20 ildə də mükəmməl nəticələrə nail olmağa kömək edəcək. Beləliklə yeni ölkədə və yeni vəzifədə AccessBank komandası ilə birlikdə özümü enerji dolu və böyük planlara doğru irəliləməyə hazır hiss edirəm.

- Dünya iqtisadiyyatı koronavirus pandemiyası dövründə yaşanan məhdudiyyətlərlə əlaqədar olaraq çətin dövrdən keçdi. İqtisadi fəallığın bərpasında maliyyə institutlarının rolunu necə görürsünüz?
- Həqiqətən də ötən iki il kifayət qədər çətin keçdi. Pandemiyanın miqyasını və onun insanların həyatına və müxtəlif sahələrə təsirini təsəvvür belə edə bilməzdim. Buna baxmayaraq, kifayət qədər dözümlü olduğumuzu sübut etdik və pandemiyanın yaratdığı gündəlik çətinliklərin və məhdudiyyətlərin öhdəsindən gələ bildik.
Regionumuzdakı maliyyə institutları pandemiya dövründə sahibkarlığa dəstək olmaqda, pandemiyadan sonra isə iqtisadiyyatın inkişafına təkan verməkdə böyük rol oynadılar. Maliyyə resurslarını müştərilərimiz və əhali üçün əlçatan etmək məqsədilə AccessBank ölkədəki digər banklarla birgə hətta tam qapanma dövründə fəaliyyətini davam etdirdi. Bundan əlavə, bankın kreditlər üzrə ödənişlərdə tətbiq etdiyi güzəştlər iqtisadiyyatın bərpasında əhəmiyyətli rol oynadı. Pandemiyanın təsirinə daha çox məruz qalmış müştərilərimizlə bu gün də sıx əməkdaşlıq edirik, çünki tam bərpa üçün onların hələ də zamana ehtiyacları var.

- AccessBank artıq uzun illərdir ki, Azərbaycanın mikromaliyyə bazarında lider mövqeyini qorumaqdadır. Bankın cari vəziyyətini və yaxın gələcək üçün addımlarını necə görürsünüz?
- Bəli, AccessBank Azərbaycanda mikromaliyyə sahəsində liderdir və hesab edirəm ki, liderliyimizin “resept”ini uzun illərdir mikro, kiçik və orta biznes (MKOB) seqmentində çalışan və onu çox gözəl tanıyan savadlı və istedadlı komandamız təşkil edir. Bundan əlavə, qeyd etmək lazımdır ki, AccessBank-ın bütün səhmdarları MKOB seqmentinin inkişafını fəal şəkildə dəstəkləyən beynəlxalq maliyyə institutlarıdır - Asiya İnkişaf Bankı (ADB), Avropa İnvestisiya Bankı (EIB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və s.. Habelə, depozitlərini bankımızda yerləşdirən pərakəndə seqmentinin müştərilərinin də etimadını qazanmışıq.
Bu yaxınlarda pandemiyanın başa çatmasında və bununla əlaqədar iqtisadiyyatın inkişaf templərinin sürətlənməsində AccessBank üçün də böyük artım perspektivlərini görürəm. İlk növbədə, Abşeron və regionlarda sahibkarlara dəstək olmaqla, bizə “doğma” olan mikromaliyyələşdirmə seqmentində inkişaf etmək niyyətindəyik. Səmimi qəlbdən inanıram ki, bu seqmenti bizdən yaxşı bilən yoxdur.
Eyni zamanda pərakəndə bankçılıq istiqaməti üzrə də müştəri bazamızı inkişaf etdirmək niyyətindəyik. Bundan başqa, yaxın gələcək üçün olan planlarımıza həm bizim, həm də müştərilərimizin son illər faydasını gördüyümüz rəqəmsallaşma sahəsinin təkmilləşdirilməsi daxildir. Bu addımlar mövcud müştərilərə daha sürətli xidmət göstərməyimizə, eyni zamanda yeni, xüsusilə də gənc nəsil müştərilər cəlb etməyimizə imkan yaradacaq.

- Azərbaycanda bank sektorunun gələcək inkişafına verə biləcəyiniz peşəkar töhfənizi necə görürsünüz? Yeni təyinatdan gözləntiləriniz nədir?
- Gözləntilərə gəldikdə isə... İnanıram ki, Azərbaycanda bank sektoru ölkə iqtisadiyyatına verdiyi töhfəsini daha da artıracaq. Hazırda Azərbaycan əhalisinin bank xidmətlərindən istifadə səviyyəsi regionun bəzi ölkələri ilə müqayisədə daha aşağıdır. Lakin əminəm ki, yaxın gələcəkdə bütün maraqlı tərəflərin, eləcə də tənzimləyici orqanların və maliyyə institutlarının birgə əməkdaşlığı nəticəsində Azərbaycanda daha çox vətəndaş bankçılıqdan istifadə edəcək. Bu isə hamı üçün faydalı olacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib