azadses.az » Cəmiyyət » Kapital Bank-da işləmək istəyənlər üçün yeni portal yaradıldı

Kapital Bank-da işləmək istəyənlər üçün yeni portal yaradıldı

Ölkənin ən böyük işəgötürən təşkilatı olan Kapital Bank, burada işləmək arzusunda olanlar üçün növbəti yeniliyi təqdim edib. Belə ki, müxtəlif vakansiyalar üzrə namizəd olmaq istəyən şəxslər www.hr.kapitalbank.az portalına daxil olmaqla, özlərinə şəxsi kabinet yarada bilərlər.
“Qafqazinfo”nun məlumatına görə, effektiv platformanın yaradılması üçün bir sıra vendorlardan təkliflər alınıb və nəticədə “Crocusoft” şirkəti bu layihə üçün seçilib. Portalı hazırlayarkən yüksək peşəkarlıq nümayiş etdirən şirkət, qarşısına qoyulan bütün texniki tapşırıqları operativ şəkildə, innovativ yanaşma ilə icra edib.
İstifadədə olduqca sadə olan portalda şəxsi kabinet yaradarkən namizədlər özləri barədə ətraflı məlumatları - ad, soyad, təvəllüd, ünvan, əlaqə vasitələri, təhsil, dil bilikləri, sertifikatlar və iş təcrübəsi qeyd etməlidirlər. Şəxsi kabinet hazır olduqdan sonra namizədlər müxtəlif vakansiyalar üzrə Kapital Bank-a müraciət ünvanlaya bilərlər. Bankda olan bütün mövcud vakansiyalar barədə portalda ətraflı məlumatlar qeyd olunub. 
Namizəd müəyyən vakansiyanı seçdikdən sonra, şəxsi kabinetdə ona uyğun olan digər vakansiyalar da avtomatik olaraq təqdim olunacaq. Bundan başqa iş sahələri üzrə açar sözlərindən istifadə etməklə portaldakı müxtəlif vakansiyalar üzrə axtarışlar da vermək mümkündür.  
“Bildiyiniz kimi Kapital Bank ölkə bankları arasında ən çox əməkdaşı olan maliyyə qurumudur. Belə bir portalı yaratmaqda məqsəd həm yeni namizədlərin müraciət prosesini asanlaşdırmaq, həm də bank üçün müəyyən bir elektron namizəd bazasının yaradılmasıdır. Pandemiya dönəmində onlayn platformaların yaradılması olduqca önəmlidir. Artıq xeyli müddətdir ki, Kapital Bank-ın HR komandası  namizədlərlə olan müsahibələri Zoom proqramı üzərindən, onlayn formatda keçirir. Həmçinin bankdaxilində olan bir sıra proseslər də onlayn platformaya keçirilərək, məsafədən istifadəyə şərait yaradıb”, - deyə Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova qeyd edib.
Qeyd edək ki, yeni portalda Kapital Bank-da olan iş mühiti, komanda ruhu, dəyərlər, eyni zamanda karyera qurmaq üçün məsləhətlər, faydalı məlumatlar, məqalələr yerləşdirilib. Əgər Siz də Kapital Bank ailəsinin üzvü olmaq, karyeranızı ölkənin birinci bankında başlamaq və ya davam etdirmək istəyirsinizsə, www.hr.kapitalbank.az portalına daxil olub qeydiyyatdan keçə bilərsiniz.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu