azadses.az » Cəmiyyət » Utanıb sıxılmadan sevənləri “bambılı” adlandıran və bəh-bəhlə paylaşan keçmiş deputatlığa namizəd... - FOTO

Utanıb sıxılmadan sevənləri “bambılı” adlandıran və bəh-bəhlə paylaşan keçmiş deputatlığa namizəd... - FOTO

14 fevral - Müqəddəs Valentin Günü və ya Sevgililər Günü - yəqin ki, hər birimizin həyatında mühüm günlərdən biridir.

Bu gün məhz bütün dünyada sevginin təntənəsinin qeyd olunduğu tarixdir. Fevralın 14-cü günü dinindən, dilindən, irqindən asılı olmayaraq dünyanın bütün xalqları üçün sevgiyə həsr olunmuş ən ali gündür. Burada insanların öz sevgilərinə verdiyi dəyər, sevginin bəşər tarixinin ən müqəddəs hislərindən biri olmasına sonsuz inam öz əksini tapır.

Təəssüf ki, bu günün anlamını dərk edə bilməyən, insanların öz sevgilərinə bircə günü belə həsr etməsini həzm edə bilməyən insanlar da var.

Elə bir vaxtlar 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd olmuş, iqtisadçı Qulu İbrahimli də, görünür, 14 fevralın mahiyyətini dərk edə bilməyənlər cərgəsində ön sıralarda dayanmağa iddialıdır.

Əvvəlcə, Qulu İbrahimlinin Sevgililər Günü ilə bağlı təsəvvürlərini ifadə edən sosial şəbəkə hesabında bəh-bəhlə yayımladığı son paylaşımına nəzər salaq:

“Bütün bambılı kişilər bu gün gül mağazalarının qarşısındadır”.

Bəli, Azərbaycan parlamentində xalqın fikirlərini təmsil etmək iddiasına düşmüş şəxsin sevgililər günü ilə bağlı təsəvvürləri məhz belədir… Qulu İbrahimlinin öz sevgisinə dəyər verən insanlara qarşı münasibəti bundan ibarətdir.

Qulu İbrahimlinin cümləsində sevdiyi insan üçün ən azı bir çiçək almaqla öz sevgilərinin gününü qeyd edən kişilərin ünvanına yazılmış sifət ən yüngül halda onları təhqir etmək anlamına gəlir. İqtisadçı hesab edir ki, insanların sevgisi üçün rəmzi məna daşıyan bir günü qeyd etməsi yol verilməzdir.

Üstəlik, sözügedən paylaşımın şərh bölümündə də “bambılı” sözündən daha ağır sifətlərdən istifadə etməyə özündə haqq görür bu şəxs… Utanmadan, sıxılmadan…

“Məşhur” iqtisadçının sevgiyə qarşı bu cür iyrənc yanaşmasının səbəbini anlamaq çox çətindir. Ancaq daha çətin olan onun bu cür cəfəng fikirləri böyük pafosla paylaşacaq dünyagörüşünə sahib olmasıdır. Nəticə isə budur ki, Qulu İbrahimli adlı şəxs həm iyrənc düşüncələri daşıyır, həm də onları cəmiyyət arasında səsləndirməkdən qətiyyən çəkinmir. Bu artıq ən yüngül halda ikiqat “səhv”dir deyə bilərik…

Məqsədi, məramı nə olur olsun, bu cür ifadəyə yol verən şəxs mütləq qaydada cəmiyyətin sərt tənqid oxlarına hədəf olmalıdır. Çünki öz xanımına, nişanlısına, ürəkdən sevdiyi birinə qarşı nəcib hislər bəsləyən, onların sevgisinə ən yüksək dəyəri verən insanların təhqir olunması yolverilməzdir.

Bu cür nalayiq ifadələr, iyrənc düşüncə sahibləri mütləq şəkildə öz düşüncələrinə görə cavab verməlidirlər. Çünki bu gün Qulu İbrahimlinin şəxsində bu düşüncə gələcəkdə onun təsiri ilə başqalarına da sirayət edə, cəmiyyətdə olduqca mənfi tendensiya yarana bilər.

Əgər Qulu İbrahimli sevənlərin bir-birinə verdiyi qiyməti “bambılı”lıq adlandırır, sevgi üçün ayrılmış bircə günü həzm edə bilmirsə, bu çox qorxulu məqamdır.

Kişilərin, eləcə də qadınların öz sevgilərinə həsr etdikləri gün isə onların hər biri üçün hər zaman özəl olaraq qalacaq. Əsas öz sevdiyi üçün gül dəstəsi bir kənara qalsın, ən kiçik bir hədiyyəni almağı düşünəcək qədər gözəl qəlbə sahib insan olmaqdır. Təbii ki, bu düşüncədə ola bilmək üçün də əsas şərt məhz insan olmaqdır…

Sevgi insana bəxş edilmiş ən saf hisslərdən biri, bəlkə də birincisidir. Əgər bu hissi yaşaya, göstərə, dəyər verə bilirsənsə, insan olursan. Sevgisinə dəyər verənlərə xor baxanlara isə ad tapmaq olduqca qəliz məsələdir…
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib