azadses.az » Cəmiyyət » Həmrəylik bir sevgidir

Həmrəylik bir sevgidir

Hər ilimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə başa çatır. İlin son günü – 31 dekabr bu böyük dünyanın harasında olmağımızdan asılı olmayaraq nəzərlərimizin Vətənə - doğma Azərbaycana yönəldiyi Milli Həmrəylik günüdür.
Həmrəylik – insanların əsrlər boyu arzuladığı, həyat haqqında düşüncələrində yaşatdığı və daim ona doğru can atdıqları elə bir ictimai şüur səviyyəsidir ki, ona nail olan xalqlar xoşbəxt və firavan yaşamaq arzularına qovuşurlar. Həmrəylik bütün uğurların açarıdır. Qələbəyə, xoşbəxtliyə, firavanlığa, səadətə və nəhayət, qlobal harmoniyaya açılan qapılar məhz insanlararası həmrəyliyə əsaslanır. Həmrəylik yalnız sağlam düşüncə, ədalətli məqsəd və saf niyyət əsasında doğulur. Saxta ideallar, qərəzli məqsədlər və bəd niyyətlər üzərində həmrəyliyə nail olmaq mümkün deyil. Bunu dərk etmək üçün haradan gəlib hara yetişdiyimizə baxmaq kifayətdir. 70 il bizə “həmrəylik” təlqin edən sovet ideologiyası yüz milyonlarla insanı “həmrəng” edə bildi, amma həmrəy edə bilmədi. Azadlığımızı qazandıq, müstəqilliyimizi bərpa etdik, amma həmrəyliyimizin olmaması səbəbindən torpaqlarımızı itirdik. Həmrəyliyimizi tapanadək nə azadlığımıza, nə də torpaqlarımıza sahib çıxa bildik. Nəhayət, şüurumuzun dərinliklərində yuva salmış “el bir olsa....” həqiqətini dərk etdik. El bir oldu – həmrəy olduq. Xalq birləşərək “Ya ölüm, ya Qarabağ” dedi. Dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımız “Vətən” dedi, hamı Azərbaycan amalı ətrafında səfərbər oldu. Xalqın həmrəyliyindən doğan vahid yenilməz güc bir “Dəmir Yumruq”da birləşib düşmənin başına endirildi. Azadlığımıza və müstəqilliyimizə qovuşduq. 1993-cü ildən başlayaraq taleyimizdə yaşanan dönüş də, bu günə qədər davam edən yüksəliş də və nəhayət, bizi xoşbəxt xalqa çevirən Vətən müharibəmizdəki Qələbəmiz də məhz Milli Həmrəyliyimizin sayəsində mümkün oldu. Bu Həmrəyliyi yaşatmaq, onu daha da gücləndirmək, şüurumuzda və əməllərimizdə gələcəyə daşımaq Azərbaycanın daimi müstəqilliyini və xalqımızın daimi xoşbəxliyini təmin etməyin zəmanətidir. Bu Həmrəylik gələcək qələbələrimizin zəminidir.
Həmrəylik - ümumxalq təəssübkeşliyidir. O bir mədəniyyətdir. Həmrəylik - dinləmək, başqalarına məxsus dünyagörüşünü və baxış bucağını bölüşmək, milli mənafeyimiz naminə ümumxalq yolunu seçmək, Vətən üçün düşünmək, el üçün çalışmaq mədəniyyətidir.
Həmrəylik elə bir idealdır ki, o ancaq az məsələlərdə mümkün olur. Amma bu “az”lar xalqın tarixi taleyində çox böyük rol oynayan “az”-lardır və hər bir soydaşımızın qəlbində və şüurunda özünə yer tapan bu “az”-ların cəmindən böyük bir AZƏRBAYCAN sevgisi yaranır. Deməli, Həmrəylik həm də bir sevgidir. Millətə, xalqa, dövlətə, bayrağa və nəhayət, insanın insana və İnsanlığa olan sevgisidir Həmrəylik. Bu sevgi ilə də soydaşlarımız ilin son günündə ən xoş arzularla dolu nəzərlərini Ana Vətənə yönəldir və Azərbaycanımızla fəxr edirlər.
Tariximizə qızıl hərflərlə yazılan və gələcək nəsillərimiz tərəfindən böyük fəxarət və qürur hissi ilə xatırlanacaq bir il yaşadıq. Ən böyük xəyallarımız gerçəkliyə çevrildi, ən müqəddəs arzumuza qovuşduq – Vətənimiz azad oldu. Son 30 ildə ilk dəfə Yeni İlə doğma Qarabağımızla birlikdə addımlayırıq. Ən xoş arzuların və niyyətlərin bir-birinə qovuşduğu belə bir zamanda Azərbaycanımıza və dünyanın bütün Azərbaycanlılarına sevgi dolu Həmrəylik, yeni-yeni uğurlar və can sağlığı arzulayıram.
Cavanşir Feyziyev
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu