azadses.az » Cəmiyyət » “Erkən uşaqlıq dövründə inkişaf”: İnsan həyatının ən kritik mərhələsi diqqət mərkəzində

“Erkən uşaqlıq dövründə inkişaf”: İnsan həyatının ən kritik mərhələsi diqqət mərkəzində

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyi tərəfindən “Erkən uşaqlıq dövründə inkişaf” (EUDİ) layihəsi həyata keçirilir.

Oxu.Az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birlikdən layihənin 2019-cu ildə başladığı və 2021-ci ilin sonunda şərti olaraq onun ilkin mərhələsinin başa çatacağı bildirilib.

Maliyyə tərəfdaşı Avropa İttifaqı olan layihənin bundan sonra da davamlı icrası nəzərdə tutulur. Layihə üzrə 4 əsas hədəf regionu var. Bura Bakı, Gəncə, Şirvan şəhərləri, Ağcabədi və Abşeron rayonları daxildir. Hədəf auditoriyasına valideynlər, mütəxəssislər, hansı ki, bura uşaqların inkişafı ilə məşğul olan sosial işçilər, tibb işçiləri, QHT-lər, həssas qrupdan olan uşaqlara qayğı göstərən şəxslər daxildir.
Layihənin məqsədi 0-8 yaşarası uşaqların sosial, fiziki və əqli inkişafı üçün valideynləri maarifləndirmək və mütəxəssislərin peşəkar inkişafına töhfə verməkdir. Birlik həm yerlərdə, həm də virtual platformalarda müvafiq istiqamətdə fəaliyyət göstərir.

Tədqiqatlar göstərir ki, 0-8 yaş dövrü, xüsusilə də 0-3 yaş dövrü uşaqların həyatında, ümumiyyətlə insan həyatında ən kritik dönəmdir və beynin 80 faizi 3 yaşa qədər, 90 faizi isə 5 yaşa qədər artıq formalaşmış olur. Bu yaş dövründə uşağa qazandırılan, verilən tövsiyələr ən yaxşı töhfədir. Bu cəhətdən insan beyni 8 yaşa qədər ən plastik dövrünü yaşayır. Bu dövrdə uşağın beynini daha çox inkişaf etdirmək olar.

Vurğulanıb ki, UNICEF dünyada erkən uşaqlıq dövrünün inkişafını təşviq etməyi, bura daha çox diqqət ayırmağı qarşısına məqsəd qoyub. Hazırda Azərbaycanda da beynəlxalq trendi dəstəkləyən layihələr icra olunur və bu çərçivədə xeyli işlər görülüb.

Bildirilib ki, layihə çərçivəsində onlayn resurs mərkəzi fəaliyyət göstərir və portal vasitəsilə qeyd edilən hədəf auditoriyası maarifləndirilir. Resurs Mərkəzi daima zənginləşdirilir. Valideynlər portal vasitəsilə birbaşa mütəxəssislərə suallar ünvanlaya və tövsiyələr ala bilirlər.

Eyni zamanda podkastlar, vebinarlar da təşkil olunur. Sosial media vasitəsilə zəngin məzmunlar, elmi təsdiq olunmuş materiallar paylaşılır.

Həmçinin, yerlərdə təlim və tədbirlər təşkil olunur. Bununla da prioritet olaraq müəyyən edilən istiqamətlər - insan ömrünün ilk 1000 gününün, ana südünün əhəmiyyəti, pozitiv valideynlik, fiziki inkişaf, erkən stimullaşdırma üzrə konsepsiyalar diqqətə çatdırılır.

Layihə istiqamətində sosial çarxlar çəkilib və çəkilməkdədir. Onların bir qismi televiziyada yayımlanıb.

Qeyd edilib ki, medianın da bu məsələlərlə bağlı məlumatlandırılması vacibdir. Çünki valideynlərin maarifləndirilməsində də medianın rolu yüksəkdir. Bu layihənin davamlılığı üçün çox əhəmiyyətli amildir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu