azadses.az » Cəmiyyət » Nazirliyə məxsus hospitalın baş həkiminin məhkəməsi: “VIP korpusu” 3 min manata satıb

Nazirliyə məxsus hospitalın baş həkiminin məhkəməsi: “VIP korpusu” 3 min manata satıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda vəkillər vəsatət verib və təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərinin yanında əyləşməsinə şərait yaradılmasını istəyiblər.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktında müəyyən edilib ki, İmran Ağayev Hospitalın baş həkimi olmaqla yanaşı “Medi Style” MMC-nin də təsisçisidir.

Belə ki, İmran Ağayev hospitala müxtəlif yerlərdən Təcili Tibbi Yardım avtomobilləri ilə gətirilən koronavirus xəstələrini boş otaqların olmamasını əsas gətirərək ya qəbul etməyib, ya da qəbulunu ləngidib.

Amma özünün direktoru olduğu “Medi Style” MMC-yə məxsus Təcili Tibbi Yardım avtomobilləri ilə xidmət haqqı ödənilməklə gətirilən xəstələrin qəbulunu tezləşdirib, onlar üçün yer problemi yaşanmayıb.

İmran Ağayev baş həkim vəzifəsini icra edən zaman 140 nəfər xəstədən özünə məxsus klinikanın təcili yardım avtomobilləri ilə hospitala aparılması üçün 300-1500 manat olmaqla cəmi 51 599 manat pul alıb.

Həmçinin müəyyən edilib ki, həmin məbləğin cəmi 7 500 manatı MMC-nin rəsmi dövriyyəsinə salınıb. Qalan məbləğ isə İmran Ağayev tərəfindən şəxsi ehtiyaclara xərclənib.

Bundan başqa İmran Ağayevin Hospitalda Nəqliyyat şöbəsinin rəhbəri olmuş Rüfət Vəlizadə ilə də birgə cinayət əməlləri sübuta yetirilib.

Belə ki, xəstələrin hospitala yerləşdirilməsi, müalicə alan koronavirus xəstələrindən daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində xəstələrdən və ya onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaiti rüşvət qismində yığılıb. Bu məbləğ minimum 500 manat, maksimum isə 4 min manat civarında olub. Hospitalın VIP korpusda qiymət çox zaman 3 000 manat olaraq xəstə yaxınlarına təklif edilib.

İstintaqla müəyyən edilib ki, xəstələrdən Zaməddin Məmmədov hospitala qəbul edilib “VIP korpusu”a yerləşdirilib. Bunun üçün ondan 3 000 manat tələb edilib. Amma Z.Məmmədov məbləği 300 manat kimi başa düşüb. Onu xəstəxanaya yerləşdirəndə bilib ki, məbləğ 3 000 manatdır. Sonuncu deyilən məbləği ödəyə bilmədiyi üçün oradan çıxarılıb.

İttihamda göstərilir ki, təqsirləndirilən Rüfət Vəlizadə hospitalda qeydiyyatçı vəzifəsində işləməklə qeyri-rəsmi olaraq köməkçisi olan Qulu Orucovla da bir neçə cinayət əlaqəsinə girərək xəstələrdən pul alıb.

İstintaq zamanı o da aşkar edilib ki, Rüfət Vəlizadə özü koronavirusa yoluxduğu, izolyasiya olunmalı olduğu halda rəsmi qurumlara yalan məlumat verərək, telefonun GPS sistemini söndürərək müxtəlif yerlərə gedib.

Proses oktyabrın 14-də davam etdiriləcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib