azadses.az » Cəmiyyət » Bu şəxslərə pul veriləcək

Bu şəxslərə pul veriləcək

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalının qısa müddətdə inşa edilərək istismara verilməsi dünyada COVID-19 infeksiyasının sürətlə yayılması fonunda ölkəmizdə bu virusla mübarizədə Azərbaycan dövlətinin atdığı mühüm addımlardan biri olub. Paytaxtın Zığ qəsəbəsində yerləşən bu Modul Tipli Hospital ən müasir standartlara cavab verməklə koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsində mühüm rola malikdir”.

''Azad Səs'' xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

“Təəssüflə qeyd edək ki, son günlər bəzi sosial şəbəkə səhifələri və kütləvi informasiya vasitələrində hospitalın fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayılmaqdadır. Belə ki, vaxtilə hospitalda çalışmış və müqavilə müddətinin bitməsi və ya işində yol verdiyi nöqsanlar səbəbindən vəzifəsindən kənarlaşdırılan bəzi şəxslər qanunsuz şəkildə işdən azad edildiklərini əsassız olaraq iddia etməklə müəssisənin yüksək rəğbət qazanmış fəaliyyətinə kölgə salmağa çalışırlar. Əsasən də bu ilin yanvar ayı üzrə əmək haqlarının gecikdirilməsini əsas gətirən bəzi əməkdaşlar bu məsələni başqa istiqamətə yönəltməyə və bununla da ictimai fikri çaşdırmağa cəhd göstərirlər.

Bununla bağlı bildiririk ki, fəaliyyəti dövründə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalında 2500 nəfərdən çox tibb və qeyri-tibb personalı müqavilə əsasında fəaliyyət göstərib. Bu müddət ərzində işçi heyəti üçün bütün zəruri və lazımi şərait yaradılıb, onların qanunvericiliyə uyğun olaraq əmək müqaviləsində göstərilmiş tələbləri təmin olunub”, - deyə məlumatda vurğulanıb.

Məlumatda hospitalda yanvar ayı üzrə əmək haqlarının gecikməsi ilə bağlı qeyd edilib ki, qanunvericiliyə uyğun olaraq personalın əməkhaqqı müvafiq dövlət qurumlarında razılaşdırıldığından bir qədər vaxt itkisinə səbəb olub: “Artıq məsələ həllini tapdığından yaxın günlərdə modul tipli hospitalın bütün əməkdaşları əmək haqlarını alacaqlar.

Onu da qeyd edək ki, koronaviruslu xəstələrin müalicəsi ilə bağlı son aylar dövlətimiz tərəfindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində vətəndaşlar arasında bu virusa yoluxma hallarında kəskin azalma müşahidə olunub. Hospitalda xəstə sayının azalması xidmət heyəti ilə qanunvericiliklə müəyyən olunmuş müqavilələrə xitam verilməsinə səbəb olub. Müqavilələrə xitam verilərkən əməkdaşların peşəkarlığı və nizam-intizamı nəzərə alınıb. Daha yüksək peşəkarlıq nümayiş etdirən əməkdaşlarla müqavilə müddəti  yarımştat cədvəli əsasında uzadılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalının bütün əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq, sosial sığortaya cəlb olunublar.

Bununla bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək daxil olan məlumatları yaymazdan əvvəl Nazirliklə dəqiqləşdirməyə və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib