Salyanda 20 yaşlı gənci avtomobil vurdu, vəziyyəti ağırdır
![](/uploads/posts/2021-07/medium/1625816245_264ebf61-ba00-3966-8fc9-a100e67575d0_850.jpg)
“Report”un məlumatına görə, hadisə Salyan rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Qurbanov İxtiyar Arif oğlunu vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş-beyin əziyi və alın sümüklərinin sınığı diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.