Binəqədidə avtomobil səkkiz yaşlı uşağı vurub
![](/uploads/posts/2021-06/medium/1624431214_5305d94f-aa51-4329-99c5-72aee285045b_850.jpg)
“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Əhmədli İbrahim Yusif oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.