azadses.az » Cəmiyyət » Xocalı faciəsi günü iki yaşı tamam olan şəhid Tural - VİDEO

Xocalı faciəsi günü iki yaşı tamam olan şəhid Tural - VİDEO


“Hər kəs bilir ki, ermənilər Xocalıda başımıza nə müsibətlər gətiriblər, 613 şəhidimiz olub. Amma mən bundan sonra “Xocalı” abidəsi önünə qürurla, fəxarət hissi ilə gedəcəyəm ki, sizin qisasınızı aldılar. Daha məyus olmayacağam, onları gülə-gülə, sevinə-sevinə yad edəcəyəm. Çünki artıq bizim bütün sərhədlərimizə ordumuz nəzarət edir...” 
Bunu “Qafqazinfo”ya Xocalı sakini, Vətən müharibəsi şəhidimizin atası Şakir Abdullayev soyqırımının 29-cu ildönümü ərəfəsində bildirib.
Abdullayevlər ailəsi bəlkə də təsəvvür etməzdi ki, illər keçəcək, 1990-cı il fevralın 26-da dünyaya gələn övladları Tural böyüyüb Xocalıda günahsız insanlara qarşı törədilən qətliamın qisasını alacaq. Həmin faciə günü cəmi iki yaşı tamam olan qəhrəman torpaqlarımızı öz qanı bahasına azad edərək adını zəfər tariximizə yazdıran igid oğullardan biri olacaq...
Abdullayevlər ailəsi bizə göstərmək üçün Xocalıda qətliama qədər yaşadıqları xoş günlərini xatırladacaq nə bir foto, nə də başqa bir nişanə tapır. Çünki həmin soyuq qış günündə ayaqyalın, başıaçıq qaçıb canlarını qurtarıblar.
Şəhidin atası deyir ki, Xocalıda günahsız soydaşlarımızın qətliamı Turalda qarşısıalınmaz bir hiss yaratmışdı.
Ş.Abdullayev danışır ki, Tural döyüşə də sevinə-sevinə gedib. O qədər sevinib və tələsib ki, heç ailə üzvləriylə görüşməyə belə macal tapmayıb. Onunla sonuncu dəfə sentyabrın 26-da danışa biliblər. Müharibə başlanan gündən isə telefonuna zəng çatmayıb. Sentyabrın 30-da şəhid xəbəri gələn Tural Abdullayev Binə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub. 
Göstərdiyi qəhrəmanlığa görə “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
İndi isə valideynlərinin bir istəyi var - oğlanlarının xatirəsi ermənilərdən qisas alan qəhrəman kimi Xocalının qətl günündə anılsın...

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib