azadses.az » Cəmiyyət » İri ticarət mərkəzləri və “mall”lar nə vaxt açıla bilər - AÇIQLAMA

İri ticarət mərkəzləri və “mall”lar nə vaxt açıla bilər - AÇIQLAMA

“Dünən Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iştirakı ilə onlayn şəkildə böyük bir konfrans baş tutdu. Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin rəhbərliyinə bütün suallar ünvanlandı və cavabların əksəriyyəti bizi qane etdi. Təbii ki, bizim yumşalma ilə əlaqədar narahat olduğumuz məsələlər var”.
Bu sözləri Baku.ws-ə millət vəkili Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə, ticarət mərkəzləri və “mall”ların açılması başa düşüləndir: “Şagird və tələbələrə təhsil ocaqlarına getməyə icazə verilirsə, onlara geyim və müəyyən ləvazimatlar almaq lazımdır. Ticarət mərkəzləri açılmalıdır ki, zəruri olan ləvazimatlar alına bilsin.
Amma digər ölkələrə baxsaq görərik ki, vəziyyət daha da ağırlaşır. Yoluxma dalğası artır və bu istiqamətdə tədbirlər görülür. Təyyarə uçuşları dayandırılır və karantin sərtləşdirilir.
Azərbaycanda əgər Operativ Qərargah mövcud qərarları verirsə, bunu alqışlamaq lazımdır. İnsanlarımız anlamalıdır ki, xəstəlik hələ qurtarmayıb. Sabah əgər qərar verilsə ki, “mall”lar və ticarət obyektləri açılsın, maskalardan, dezinfeksiya məhlullarından istifadə edilməli və ara məsafəsi saxlanılmalıdır. Əgər buna əməl olunmazsa, vəziyyət yenidən ağırlaşa bilər”.
Deputat qeyd edib ki, həmişə ticarət obyektlərinin açılmasını təqdir edib: “Burada insanların işlə təmin olunması da var. Dövlət axı hər dəfə sahibkarları məvaciblə təmin edə bilməz. Bu səbəbdən ticarət mərkəzlərinin işləməsi olduqca vacibdir. Bu məsələyə Operativ Qərargah tərəfindən baxılacaq, müəyyən qərarlar veriləcək. Fikrimcə, “Binə” və “Sədərək” ticarət mərkəzləri, “mall”larla bağlı məsələ öz həllini tapacaq.
Bu məsələnin nə vaxt həll olunacağı ilə bağlı deyə bilərəm ki, fevralın 15-dən sonra bu, baş verə bilər. Bunun üçün Operativ Qərargahın qərarını açıqlaması şərtdir.
Azərbaycan öndə gedən ölkələrdən biridir ki, pandemiyadan yüksək səviyyədə çıxdı. Başqa ölkələrdəki yoluxma və ölüm sayına baxsaq, bunun şahidi olarıq. Ölkəmizə ən müasir avadanlıqlar gətirildi, modul tipli xəstəxanalar inşa olundu. Yoluxan insanların sağalması üçün bütün şərait yaradılıb”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib