azadses.az » Cəmiyyət » "10 saat mühasirədə qaldıq" - Ohanyandan Şuşa ETİRAFI

"10 saat mühasirədə qaldıq" - Ohanyandan Şuşa ETİRAFI

Ermənistanın keçmiş müdafiə naziri və Xocalı cəlladı, general-polkovnik Seyran Ohanyan ("Axsaq Seyran") Şuşada canını Azərbaycan xüsusi təyinatlılarından son anda qurtara bilib.
''Azad Səs'' Sonxeber.az-a istinadən verir ki, Ohanyan özü bu haqda "ArmNews" saytına müsahibəsində danışıb.
Bundan əvvəl Ermənistan mətbuatında şaiyələr yayılıb ki, Şuşanın müdafiəsinə rəhbərliyi üzərinə götürsə də Seyran Ohanyan döyüşdən qaçıb.
Lakin o deyir ki, Şuşanın müdafiəsi əməliyyatına rəhbərlik etmirdi. Oraya öz təşəbbüsü ilə getmişdi və "dqr müdafiə ordusunun komandanlığı ilə əlaqəsi yox idi".
"Mən Şuşada özünümüdafiə dəstəsi formalaşdırmağa kömək etdim, biz 16 nəfər idik. Mən onların hamısından yaşlı idim. Noyabrın 5-də biz üç tərəfdən mühasirəyə alınmışdıq. 10 saat mühasirədə qaldıq. İki keçmiş köməkçim Sergey Ayrapetov və Vage Sirunyan qəhrəmanlıq göstərdilər (bu "qəhrəmanlığın" nədən ibarət olduğu açıqlanmır-red.), həlak oldular. Onların taktikası sayəsində biz mühasirədən çıxa bildik", - Ohanyan deyib.
Keçmiş nazir Şuşadan qaçdığı haqda şaiyələrə ironik münasibət bildirib. Deyib ki, onun fiziki vəziyyəti (ayağının birini Birinci Qarabağ müharibəsində itirdiyi üçün protezlə gəzir,-red.) və yaşı bunu etməyə imkan vermədi.
"Əsgərlər bir neçə dəfə məni şəhərdən çıxarmağı təklif elədilər. Lakin mən qalmağa qərar verdim. Sonra düşmən mənim olduğum komanda məntəqəsini aşkarladı. Qərara alındı ki, oranı tərk edək və noyabrın 6-da səhər saatlarında biz Şuşadan çıxdıq",- Ohanyan belə deyib.
Ohanyan habelə Şuşanın guya "satıldığı" barədə hazırda Ermənistanda geniş müzakirə olunan iddiaları rədd edib. Deyib ki, şəhər satqınlıq nəticəsində deyil, Azərbaycan ordusunun üstünlüyü sayəsində əldən verilib. Ohanyanın bildirdiyi kimi, Azərbaycan ordusu həm sayca, həm texniki imkanlar baxımından xeyli üstün idi, PUA-lar isə havada dominantlıq edirdi. "Azərbaycanlılar ətraf meşəliklərdən istifadə edərək şəhərin yanından keçmişdilər, döyüşlər bundan sonra da davam edirdi, qarşı tərəfin üstünlüyü həlledici oldu",- o deyib.
Xatırladaq ki, noyabrın əvvəllərində Ohanyan Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyanın qərargahında görünmüşdü. Həmin toplantıda "Şuşanın müdafiəsi əməliyyatının" müzakirə olunduğu açıqlanmışdı. Lakin çox keçmədi ki, Azərbaycan xüsusi təyinatlıları Daşaltı qayalıqlarından qalxaraq qala-şəhərə, düşmənin arasına girdi və cəmi iki günə onu pərən-pərən saldı. Bu zaman Ohanyanın olduğu komanda məntəqəsinə də artilleriya zərbəsi endirilmişdi və onun öldüyü barədə xəbərlər yayılmışdı. Daha sonra Ohanyan bildirdi ki, "köməkçisi yaralanıb", amma özü sağdır.
Seyran Ohanyan bədnam 366-cı alayın zabiti kimi Xocalı qətliamında şəxsən iştirak edib, o cümlədən 1992-ci ilin mayında Şuşanın işğalına rəhbərlik edənlərdən biri idi (virtualaz.org).

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu