azadses.az » Cəmiyyət » "Oradan Şuşa əl içi kimi görünür"

"Oradan Şuşa əl içi kimi görünür"

Öncə onu deyim ki, bu saat ön cəbhədə - Şuşa-Laçın, Kəlbəcər və s. istiqamətində savaşan Azərbaycan əsgəri ilə çiyin-çiyinə vuruşmaq həvəsilə içim göynəyir. Şüşadan, Malıbəylidən, Quşçulardan  olan bütün dost-tanış zəng edir, yazır ki, nə oldu, komandir, təşkil elə, birgə gedək torpaqlarımızın, Şuşanın azadlığı uğrunda döyüşək. Amma təəssüf ki, belə bir səlahiyyətim yoxdur, yoxsa bir anda Bakıda oturmaram...”  


''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu fikirləri tanınmış Qarabağ qazisi, 1991-1992-ci illərdə Şuşanın müdafiəsi döyüşlərində iştirak etmiş istefada olan kəşfiyyat polkovniki  Azay Kərimov Şuşa uğrunda aparılan hərbi əməliyyatların xüsusiyyətləri haqda danışarkən söyləyib.


“Özüm də istərdim ki, o torpaqlara yaxşı bələd olan, neçə on illik döyüş və hərb təcrübəsi olan biri kimi orada döyüşən hərbçilərimizə, az da olsa, köməyim dəysin. Mən və mənim kimi Şuşadan, Laçından olan keçmiş tanınmış Qarabağ qaziləri, “Laçın dəhlizi” deyilən ərazini də, Şuşa və ətrafındakı yüksəklikləri də əllərinin  içi kimi tanıyırlar. Ən azı, kəşfiyyat, bələdçilik və s. işlərdə ordumuza dəstək verə bilərik. Bu məqsədlə dəfələrlə səfərbərlik məntəqəsində olub məni də döyüşə aparmaları üçün nəinki xahiş etmişəm, yalvarmışam da... Ancaq deyiblər ki, hələ ehtiyac yoxdur, olanda xəbər edəcəyik. Təbii ki, bizlər də vahid komandanlığın əmrinə tabe olaraq gözləmək zorundayıq...  


Yenə də ehtiyatda olan bir kəşfiyyat polkovniki kimi Ali Baş Komandana, Müdafiə Nazirliyinə müraciət edirəm ki, bizləri dəvət edib bilik, təcrübə, bacarıq və enerjimizi torpaqlarımız azadlığı yolunda sərf etməyimizə şərait yaratsınlar”- deyə 55 yaşlı keçmiş döyüşçü komandir yenidən ön cəbhədə gənc əsgərlərimizlə çiyin-çiyinə vuruşmaq arzularını ifadə edib.


“Şuşa uğrunda əməliyyatlara gəldikdə, bu qədim və gözəl Azərbaycan şəhəri dəniz səviyyəsindən 1500-1700 metrədək yüksəklikdə yerləşməklə, üç tərəfdən sıldırım qayalıqlarla əhatə olunmaqla çox strateji bir məkandadır. Ancaq bu, o demək deyil ki, həmin şəhəri erməni terrorçu birləşmələrindən  təmizləməyin yolu yoxdur. Təbii ki, öncə Şuşanı mühasirəyə almaq gərəkdir. Sadəcə, bunun üsullarını, Şuşanı azad etməyin yollarını burada açıqlayıb düşməni duyuq salmaq istəmirəm... 


Ancaq onu bilirəm ki, ermənilər 1991-1992-ci illərdə Şuşanın işğalını asanlaşdırmaq üçün Kərkicahan qəsəbəsi yaxınlığındakı yüksəkliklərə  tank, avtomobil yolları açaraq oralara artilleriya qurğuları da yerləşdirdilər.  Məqsəd o idi ki, Şuşadan da, Topxanadan da yüksəkliyə qalxaraq Şuşanı ovuclarının içi kimi görərək ona nəzarət etsinlər. Eyni məqsədlə  Muxtarkənddən  yaxınlıqdakı yüksəkliklərə də yol çəkdilər...


Bu saat ordumuz üçün yaxınlığında 1975 metrlik yüksəklik olan Qırmızı Bazar qəsəbəsini də azad etmək vacibdir. Çünki oradan da Şuşa əl içi kimi görünür. Eyni zamanda həmin  yüksəklikdən Laçın dəhlizini də nəzarətdə saxlamaq mümkündür. Füzulidən Qırmızı Bazara, oradan da Şuşaya birbaşa yol var...” – keçmiş kəşfiyyat polkovniki belə deyib.Moderator
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu