Главная > Şou biznes > Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq19-04-2025, 18:10. Разместил: azadses |
"Lucasfilm" şirkəti "Star Wars Celebration" mərasimində Hollivud ulduzu Rayan Qoslinqin yeni "Ulduz müharibələri: Ulduz döyüşçüsü" ("Star Wars: Starfighter") filmində baş rolda oynayacağı ilə bağlı açıqlama verib. Oxu.Az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb. Layihənin rejissoru Şon Levi olacaq. Onun son filmi "Deadpool and Wolverine" dünya üzrə 1.3 milyard dollardan çox gəlir əldə edərək, 2024-cü ilin ən çox gəlir gətirən filmlərindən birinə çevrilib. Ssenari Conatan Tropper tərəfindən yazılacaq. Bu yaradıcı tandem artıq "The Adam Project" elmi-fantastik döyüş filmi və "This Is Where I Leave You" ailə dramatik komediyasında uğurla əməkdaşlıq edib. Yeni filmin çəkilişlərinə 2025-ci ilin payızında başlanacaq, premyera isə 2027-ci il mayın 28-nə planlaşdırılıb - bu tarix, orijinal "Ulduz müharibələri: Epizod IV: Yeni ümid" filminin buraxılışının 50-ci ildönümü ilə üst-üstə düşdüyü üçün seçilib. Вернуться назад |