Главная > Şou biznes > Mətanət İsgəndərli gəlini haqqında: “Mən onu balam kimi saxlamışam, o isə oğlumu şantaj edir” - VİDEO

Mətanət İsgəndərli gəlini haqqında: “Mən onu balam kimi saxlamışam, o isə oğlumu şantaj edir” - VİDEO


2-11-2021, 17:23. Разместил: admin
Əməkdar artist Mətanət İsgəndərli gəlini Canananın onun haqqında söylədiyi ittihamlara cavab verib.

Xəzər TV-də yayımlanan “Təsir dairəsi” proqramına qonaq olan ifaçı eks-gəlininin ittihamlarının əsassız olduğunu və zərərçəkən tərəfin özü olduğunu bildirib:

“Gəlin sadəcə mənim adımı çəkir. Ancaq Mətanət İsgəndərli... Sən Mətanətdən boşanmamısan ki! Kərimdən boşanmısan. Siz müstəqil ailə idiniz. Kərimi sevəndə onun 21 yaşı var idi. 10 il mənim evimdə qalıb. Mən onu balam kimi saxlamışam.

Atası, anası Rusiyada yaşayırdı. Burada dayının, əminin evində qalmaqdansa, dedim, gəlib bizdə qalsın. 10 il mən ona ana olmuşam. Əgər biz yaxşı insanlar deyildiksə, sən bunu 10 ildə görmədin? Elə şeylər var ki, mən onları deyə bilmirəm. Uşaqlar onda idi. Hazırda bizim yanımızdadır. Biz ona yalvardıq. Dedik ki, getmə. Cavabında o dedi ki, mən iş qadını olmaq istəyirəm.

Dedim, sakit boşanın. Amma o, dostluq istəmir, Kərimi hədələyir, şantaj edir. Deyir ki, mənə maşın verin. Uşaq istəyən ana, deyərmi ki, mənə ev verin, orada yaşayım? Günahkar axtarırsınız, bütün günahlar məndədir. Ona maşın alıb dəstək olandan, salon açandan sonra dəyişdi. Biz ondan çox razı idik. Necə ki, indi özünü mədəni aparır. Mən onlara gedəndə çox mehriban, mədəni idi”.

Вернуться назад