Главная > Siyasət / Cəmiyyət > "Bizim olan ərazilər son nöqtəsinə qədər qaytarılacaq" - AÇIQLAMA

"Bizim olan ərazilər son nöqtəsinə qədər qaytarılacaq" - AÇIQLAMA


5-12-2020, 12:37. Разместил: azadses
Kəlbəcər rayonun işğaldan azad olunmasından sonra Söyüdlü-Zod qızıl yatağı bizim nəzarətimizə keçib.
İnsanlar arasında çaşqınlıq yaratmaq istəyən bəzi şəxslər sözügedən qızıl yatağının yarısının Ermənistanda qaldığını iddia edir.
''Azad Səs'' xəbər verir ki, Redaktor.az-a açıqlama verən politoloq Tofiq Abbasov Söyüdlü-Zod qızıl yatağının sadəcə 24 faizinin Ermənistanın nəzarətində olduğunu bildirib:
“Ermənistan işğaldan istifadə edərək, Azərbaycanın sərvətlərini istismar edib. Artıq işğala son qoyduğu üçün Söyüdlü-Zod qızıl yatağının 76 %-i bizdədir. Bizim olan ərazilər son nöqtəsinə qədər bizə qaytarılacaq. Qaytarılan ərazilərə heç bir halda Ermənistan tərəfi nəzarət edə bilməz. Bu iddialar yalandır, heç bir əsası yoxdur.
Hətta Ermənistan Müdafiə Nazirliyi sovet dövrünün xəritəsinə uyğun olaraq, Söyüdlü-Zod yatağının 74 faizinin Azərbaycanın sərhədləri daxilinə düşdüyünü təsdiqləyib. Yəni, düşmən tərəfi də bunu təsdiq edirsə, əksini necə iddia etmək olar?”.
Politoloq Söyüdlü yatağının Azərbaycan sərhədləri daxilində qalan hissəsinə görə Ermənistan büdcəsinin ildə 40 milyon dollardan çox itirəcəyini bildirib.

Вернуться назад