Главная > Siyasət > Ermənistanda MTX-nin sabiq direktorunun meyiti tapılıb

Ermənistanda MTX-nin sabiq direktorunun meyiti tapılıb


17-01-2020, 15:13. Разместил: azadses
38 yaşlı G.Kutoyanın üzərində odlu silahdan açılmış yara aşkarlanıb
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq direktoru Georgi Kutoyan Yerevan şəhərində ölü tapılıb.
Azadsəs“İnterfax”a istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti 38 yaşlı G.Kutoyanın üzərində odlu silahdan açılmış yara olduğu bildirilir.
Meyitin tapıldığı yerə istintaq qrupu cəlb edilib.
Вернуться назад