Главная > Siyasət > Azərbaycanın qələbəsi fonunda yoxa çıxan bez parçası - Paşinyan və Arutyunyan görüşündə məğlubiyyətin FOTOSU

Azərbaycanın qələbəsi fonunda yoxa çıxan bez parçası - Paşinyan və Arutyunyan görüşündə məğlubiyyətin FOTOSU


22-11-2020, 12:56. Разместил: azadses
Ermənistanın Azərbaycan ordusunun Vətən Müharibəsində göstərdiyi şücaət nəticəsində cəbhədə düçar olduğu acınacaqlı məğlubiyyət bu ölkənin diplomatiya müstəvisində də əl qolunu-bağlayıb.
Hərb meydanında dərsini almadan əvvəl işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi beynəlxalq təzyiq mexanizmlərinin işə salınmaması, bir çox hallarda Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyət tərəfindən laqeyd yanaşma və ikili startlardan “ürəklənərək” qondarma “DQR”i hətta danışıqlar masasına belə oturtmağa cəhd göstərirdi.

Avqust ayında çəkilmiş bu foto qeyd etdiyimiz bütün amilləri nümayiş etdirir. Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının başçısı Araik Arutyunyanı qəbul edir və fonda Ermənistan bayrağı ilə yanaşı, qondarma rejimin bez parçası da asılıb.
Bu gün isə Araik Arutyunyan növbəti dəfə Nikol Paşinyanla görüşüb. Bugünkü mənzərə isə tamamilə fərqlidir. Artıq hətta Ermənistan baş nazirinin rəsmi qəbulunda belə qondarma “DQR bayrağı” asmağa cəsarət edilmir.
İki foto arasındakı fərq Azərbaycanın avqust ayından bu yana istər hərbi, istərsə də siyasi müstəvidə qazandığı tarixi qələbənin real mənzərəsini açıq şəkildə ortaya qoyur.

Foto bir daha təsdiqləyir ki, artıq Azərbaycan torpaqlarında hər hansı qondarma qurumdan söhbət belə gedə bilməz.

Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “dəmir yumruğumuz” hesabına əldə etdiyimiz qələbə nəinki bütün dünyaya, hətta Ermənistanın hərbi-siyasi rəhbərliyinə də bu həqiqəti qəbul etdirib.Oxu.az







Вернуться назад