Главная > Siyasət > Şuşada Azərbaycan və Rusiyanın yüksək rütbəli şəxsləri görüşdü

Şuşada Azərbaycan və Rusiyanın yüksək rütbəli şəxsləri görüşdü


20-11-2020, 14:30. Разместил: azadses
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev 20 noyabr 2020-ci il tarixində Şuşa şəhərində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyovla görüşüb.
 
Fövqəladə Hallar Nazirliyindən ''Azad Səs''-ə verilən məlumata görə, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib.
 
Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.



Вернуться назад