Главная > Siyasət > Lukaşenko Azərbaycana yeni səfir təyin edib

Lukaşenko Azərbaycana yeni səfir təyin edib


19-11-2020, 16:26. Разместил: azadses
Belarus Azərbaycana yeni səfir təyin edib.
''Report'' Belarus prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı Aleksandr Lukaşenko Andrey Ravkovu Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Qeyd edək ki, Belarusun Azərbaycandakı hazırkı səfiri Gennadi Axramoviç bu vəzifədə 2015-ci ildən bəri çalışıb.

Вернуться назад