Главная > Siyasət > Vilayət Eyvazov jurnalisti qəbul etdi

Vilayət Eyvazov jurnalisti qəbul etdi


13-01-2020, 15:42. Разместил: azadses
“Bu məlumatları yaymaqda şübhəli hesab etdiyim şəxslərlə bağlı məlumat verdim"
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov criminal.az saytının baş redaktoru, jurnalist Anar Məmmədovu qəbul edib.
Azadsəs-in məlumatına görə, bu barədə Anar Məmmədovun özü məlumat verib. 
A.Məmmədov bildirib ki, nazir son günlər sosial şəbəkələrdə guya onun naməlum şəxslər tərəfindən “vəhşicəsinə döyülməsi” və bu hücumun hansısa “oliqarx” tərəfindən təşkil edilməsi barədə yayılmış məlumatlarla bağlı dinləyib:
“Bu məlumatları yaymaqda şübhəli hesab etdiyim şəxslərlə bağlı məlumat verdim. Cənab nazir məni diqqətlə dinlədi və bildirdi ki, ona ünvanladığım açıq məktubda ifadə edilən məqamları nəzərə alıb, dərhal şəxsi nəzarətə götürüb. Nazir əlavə etdi ki, müraciətimlə bağlı zəruri araşdırma aparılacaq”.
A.Məmmədov qeyd edib ki, Vilayət Eyvazov “heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin” deyə bildirib.
A.Məmmədov əlavə etdi ki, görüşdən sonra ona bir neçə telefon nömrəsi də verilib, hər hansı təhlükə və təhdid olarsa, təcili olaraq həmin nömrələrlə əlaqə saxlaması tapşırılıb.

Вернуться назад