Главная > Siyasət / Manset > Lavrovla Zərif Qarabağdakı vəziyyəti müzakirə edəcək

Lavrovla Zərif Qarabağdakı vəziyyəti müzakirə edəcək


19-11-2020, 13:28. Разместил: azadses
Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 23-də Moskvada İran XİN-in başçısı Məhəmməd Cavad Zəriflə görüşəcək.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 19-da keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyət də daxil olmaqla beynəlxalq problemlərə dair məsələlər müzakirə olunacaq.


Вернуться назад