Главная > Siyasət > Hikmət Hacıyev: “Düşmən Şuşa ətrafındakı meşələri ağ fosforla yandırıb”
Hikmət Hacıyev: “Düşmən Şuşa ətrafındakı meşələri ağ fosforla yandırıb”18-11-2020, 15:20. Разместил: azadses |
“Burada şahidi olduqlarımız Ermənistan silahlı qüvvələrinin ağ fosforlu mərmilərdən istifadə etdiyini sübuta yetirən növbəti faktlardır”. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beynəlxalq jurnalistlərin Füzuli rayonuna səfəri zamanı deyib. “ANAMA nümayəndəsi tərəfindən ətraflı məlumat verildi. Ermənistan silahlı qüvvələri tərəfindən başqa hallarda da ağ fosforlu mərmilərdən istifadə edilmişdi. Biz hələ hərbi əməliyyatların gedişində məlumat vermişdik ki, Ermənistan silahlı qüvvələri Şuşa ətrafında meşələri yandırmaq üçün ağ fosfordan geniş şəkildə istifadə edirdilər. Hətta bu əməliyyatlarda deyil, 2016-cı ilin Aprel döyüşlərində də Ermənistan silahlı qüvvələri tərəfindən ağ fosfordan geniş şəkildə istifadə edilmişdi. Bunların da əsas hədəfi mülki insanlar, mülki obyektlər, əkin sahələri və həmçinin Azərbaycan Silahlı Qüvvələri olmuşdu. Bu barədə beynəlxalq təşkilatlara ünvanlamaq üçün məlumatlar toplanılır. Eyni zamanda kimyəvi silahların qadağan olunması üzrə beynəlxalq təşkilata məlumat veriləcək. Ağ fosfor kimyəvi silah hesab edilməsə də, bunun çox böyük zərərverici xüsusiyyətləri var. İnsan orqaniziminə daxil olduğu təqdirdə bunun qısamüddətli ölümə və ciddi yanğıya səbəb ola biləcək effektləri var”, - o bildirib. Вернуться назад |