Главная > Siyasət > Qırmızı Xaç Komitəsi Qarabağda humanitar məsələlərlə bağlı Rusiya ilə əməkdaşlığın inkişafında maraqlıdır

Qırmızı Xaç Komitəsi Qarabağda humanitar məsələlərlə bağlı Rusiya ilə əməkdaşlığın inkişafında maraqlıdır


14-11-2020, 09:46. Разместил: azadses
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağla əlaqəli humanitar məsələlərdə Rusiya ilə əməkdaşlığın inkişafında maraqlıdır.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə BQXK-nın rəsmi nümayəndəsi Rut Heterinqton bildirib.
Onun sözlərinə görə, təşkilatın prezidenti Peter Maurer RF Xarici İşlər naziri Serqey Lavrovun dəvəti ilə noyabrın 17-də Moskvaya rəsmi səfər edəcək:
“Dağlıq Qarabağdakı humanitar vəziyyət müzakirə ediləcək məsələlərdən biridir. BQXK humanitar mövzularda narahatlıq yaradan məsələlərdə fikir mübadiləsini gözləyir”.
Heterinqton bildirib ki, BQXK həmçinin münaqişə zamanı saxlanılan şəxslərin və öldürülənlərin cəsədlərinin qaytarılmasında təşkilatın bitərəf vasitəçi rolunu gücləndirmək üçün praktik modallığı müzakirə etmək niyyətindədir.


Вернуться назад