Главная > Siyasət > “Ermənilər Laçın, Kəlbəcər, Ağdam rayonlarında azərbaycanlılara məxsus evləri yandırırlar”
“Ermənilər Laçın, Kəlbəcər, Ağdam rayonlarında azərbaycanlılara məxsus evləri yandırırlar”14-11-2020, 09:06. Разместил: azadses |
Rusiya mətbuatında Qarabağdan çıxarılan ermənilərin evlərini yandırmağa başladıqları barədə məlumat yayılır. Bu məlumatda yalnız bir həqiqət var - həqiqətən ermənilər son 25 ildə yaşadıqları evləri yandırırlar. Lakin doğrudanmı fakt olaraq, özlərinə məxsus evləri yandırırlar? ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə “Facebook” səhifəsində Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, hərbi ekspert Aleksandr Perenciyev yazıb. “Mən diqqəti ona cəlb edirəm ki, ermənilər tərk etdikləri rayonlarda 90-cı illərin ortalarına qədər yaşamırdılar. Orada demək olar ki, azərbaycanlılar yaşayırdılar və Ermənistan tərəfindən başlanmış soyqırımı nəticəsində ya öldürülmüş ya da öz evlərini atıb qaçmağa macal tapmışdılar. Sonradan orada ermənilər məskunlaşmışlar. İndi ermənilər Laçın, Kəlbəcər, Ağdam rayonlarında əvvəllər azərbaycanlılara məxsus olan özlərinin 25 il yaşadıqları evləri yandırırlar”, - deyə, ekspert yazır. A.Perenciyevin sözlərinə görə, indi şikayətlənən erməni qaçqınlarını mediada göstərən zaman 1990-cı illərin əvvəllərində bu torpaqlarda öldürülən və ya sağ qalan, tələsik kiçik vətənlərini tərk etməyə məcbur olan azərbaycanlıları xatırlamaq lazımdır. “Ədalət ikili standartlar üzərində qurula bilməz! Xüsusilə tarixi ədalət. Azərbaycan Qarabağda sülh tərəfdarıdır, Qarabağ isə Azərbaycandır!”, - deyə, o, yazıb. Вернуться назад |