Главная > Siyasət > "Bu, o dəməkdir ki, Azərbaycan ordusu Şuşa qalasının ərtafındadır"

"Bu, o dəməkdir ki, Azərbaycan ordusu Şuşa qalasının ərtafındadır"


7-11-2020, 14:13. Разместил: azadses
"Şuşa uğrunda döyüş davam edir. Erməni ordusunun nəfəsi kəsilib. Amma təslim olmaq istəmir. Bütün hərbi birləşmələrini, bütün döyüş potensialını Şuşaya cəlb edib".

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib.

Ş.Xuduoğlu bildirib ki, bu dirəniş çox davam edə bilməz: ""Döyüş çox ağır keçir, amma biz dururuq" - deyirlər. Əvvəllər deyirdilər ki, Azərbaycan ordusu Şuşanı vurur, indi deyirlər ki, Şuşa qalasını. Bu o dəməkdir ki, ordumuz Qala-Şuşa ərtafındadır. 1992-ci il, mayın 8-də Şuşanı zəbt etmişdilər, Şuşanı almaları onlar üçün tarixdə ən böyük qələbə hesab edilirdi, məhz buna görə bu gün dirəniş göstərirlər.
Heydər Əliyev hələ o zaman demişdi ki, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur.
Həqiqət anıdır. Tarixi ədalət bərpa olur. Ordumuz Qarabağın gözü, Azərbaycan mədəniyyətinin parlaq ulduzunu həyatları hesabına xalqımıza qaytarır. Var olsun qəhrəman ordumuz!"

Вернуться назад