Главная > Siyasət / Manset > SON DƏQİQƏ: Ermənistanın "Vətən" muzdlu dəstəsi darmadağın edilib
SON DƏQİQƏ: Ermənistanın "Vətən" muzdlu dəstəsi darmadağın edilib6-11-2020, 10:19. Разместил: azadses |
Ermənistandan Qarabağ bölgəsinə göndərilən muzdlulardan ibarət “Ayrenik” (“Vətən”) silahlı dəstə Azərbaycan ordusu tərəfindən darmadağın edilib. ''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Vətən Partiyası yayıb. Bildirilib ki, döyüş nəticəsində onların bir çoxu yaralanıb. Ölənlərin olduğu istisna edilmir. Qeyd edək ki, Vətən Partiyasının sədri Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək Ermənistan Milli təhlükəsizlik Xidmətinin direktoru işləyib. Onun Rusiya xüsusi xidmət orqanları əlaqədar olduğu bildirilir. Hadisələrdən əvvəl Vanesyan Ermənistanın baş naziri Nikol Paşiyanın istefasını tələb edir. Вернуться назад |