Главная > Siyasət > Sərkisyan narazılıq etdi: “Azərbaycan ordusunun Şuşanın kənarında olduğunu nəzərə alsaq…”

Sərkisyan narazılıq etdi: “Azərbaycan ordusunun Şuşanın kənarında olduğunu nəzərə alsaq…”


6-11-2020, 08:23. Разместил: azadses
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyanın bu ölkənin "İctimai TV" kanalına müsahibəsi zamanı səsləndirdiyi fikirlər sabiq prezident Serj Sərkisyanın narazılığına səbəb olub.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Hovannisyan müsahibəsi zamanı 2016-cı ildən sonra, konkret olaraq 2018-2019-cu illərdə yeni silahlar alındılğını və Ermənistan ordusunun gücləndirildiyini bildirib.
 
"Hər zamankındən daha güclü ordumuz var" deyən MN sözçüsünün fikirləri Serj Sərkisyan tərəfindən ciddi narazılıqla qarşılanıb.
 
“Artsrun Hovhannisyan ya rəqəmləri bilmir, ya da bilərəkdən reallığı təhrif edir. Ölkənin müharibə vəziyyətində olduğunu, hərbi vəziyyət elan edildiyini və Azərbaycan ordusunun Şuşanın kənarında olduğunu nəzərə alsaq, bu barədə danışmaq düzgün deyil. Hərbi vəziyyət bitdikdən sonra bu mövzunu və digər əsassız fərziyyələri ətraflı şəkildə müzakirə edəcəyik" deyə Sarkisyanın ofisindən bildirilib.

Вернуться назад