Главная > Siyasət > Müdafiə Nazirliyi: “Ermənistan təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir”

Müdafiə Nazirliyi: “Ermənistan təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir”


1-11-2020, 16:38. Разместил: azadses
"Ermənistan KİV-ləri işğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir".

"Azad Səs" xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Bu cür həqiqəti əks etdirməyən xəbərlər yaymaqla Ermənistan müdafiə nazirliyinin rəsmiləri cəbhədəki vəziyyətdən tamamilə bixəbər olduqlarını nümayiş etdirir.
Növbəti dəfə rəsmi olaraq bəyan edirik ki, bölmələrimiz yalnız düşmənin döyüş mövqelərinə və atəş nöqtələrinə cavab zərbələri endirir", - deyə nazirliyin xəbərində bildirilir.


Вернуться назад