Главная > Siyasət > Şuşa tezliklə azad ediləcək - AÇIQLAMA

Şuşa tezliklə azad ediləcək - AÇIQLAMA


30-10-2020, 12:47. Разместил: azadses
"Xilaskar Azərbaycan ordusu Qarabağ xanlığının iqtisadi, siyasi, mədəni mərkəzi kimi tarixən Azərbaycanın tacı hesab olunmuş Şuşanı halal sahibinə qaytarmaq üçün rəşadətlə döyüşür. Hər kəs bilir ki, Şuşaya sahib olmaq Qarabağı almaq deməkdir".

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib ki, hərbi-strateji əhəmiyyəti ilə bütün dövrlərin məğlubedilməz qalasına çevrilmiş Şuşa 28 ildir ki, igidləri gözləyir: "İnanıram ki, tezliklə müzəffər ordumuz Şuşanı da yağılardan azad edəcək, evimizə qayıdacagıq. Qarabağ məbədgahımıza, Şuşa Məkkəyə, Xankəndi də Mədinəyə çevriləcək, buralar hər bir Azərbaycanlının ziyarətgahı və istirahət yeri olacaq".

Вернуться назад