Главная > Siyasət > Elza Seyidcahan deputatlığa namizəd oldu

Elza Seyidcahan deputatlığa namizəd oldu


7-01-2020, 12:59. Разместил: azadses
“Mən parlament seçkilərində iştirak etməyə bilmərəm”.Bu sözləri Modern.az-ın əməkdaşının “Parlament seçkilərinə qatılacaqsınızmı?” sualını cavablandırarkən müğənni Elza Seyidcahan deyib. O, açıqlamasını belə davam etdirib:“Çünki Elza Seyidcahanı xalq sevir, Elza Seyidcahan da xalqı sevir. Kim xalqı sevirsə, o prezidenti sevir”.Müğənni sənədlərini Dairə Seçki Komissiyasına təqdim edib-etmədiyi barədə sualı isə cavabsız qoyub:“Tezliklə hər şeyi biləcəksiniz”.Modern.az-ın əməkdaşı 54 saylı Şabran-Siyəzən seçki dairəsi ilə əlaqə yaradaraq Elza Seyidcahanın namizədliyini irəli sürüb-sürmədiyini aydınlaşdırıb.Məsələ ilə bağlı Dairə Seçki Komissiyasının sədri Saleh Təhməzov bildirib ki, hazırda seçki dairəsində 27 nəfərin namizədliyi təsdiq olunub:“Onlardan 11 nəfəri imza vərəqlərini qaytarıblar,1 nəfər isə qeydiyyata alınıb. Elza Nuru qızı Qasımova (Seyidcahan) da namizədliyini irəli sürüb. Elza xanım da imza vərəqələrini təqdim edib. Bu gün-sabah sənədlərinə baxıb namizədliyini qeydə alacağıq”.
Вернуться назад