Главная > Siyasət > Müharibə sona yaxınlaşır: Düşmən silahı yerə qoyarsa.... - EKSPERT

Müharibə sona yaxınlaşır: Düşmən silahı yerə qoyarsa.... - EKSPERT


30-10-2020, 08:37. Разместил: azadses
Şanlı ordumuzun əks-hücumları nəticəsində düşmənə ağır zərbələr endirilir. Mövcud gedişatı nəzərə alsaq, Ermənistan bu müharibədən məğlub çıxarsa, qarşısına hansı şərtlər, məhdudiyyətlər qoyula bilər?
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, açıqlamasında "Legion" hərbi vətənpərvərlik klubunun rəhbəri, hərbi ekspert Abuzər Əbilov bildirib ki, Ermənistanın bizim torpaqlarda heç bir haqqı olmadığına görə, hər hansı şərtlərə ehtiyac qalmayacaq:
“Ermənistan faktiki olaraq kapitulyasiya aktını qəbul edərsə, artıq onun heç bir ixtiyarı qalmır. Diqqət yetirsək görərik ki, bu, əvvəldən belə idi. Ermənistan beynəlxalq qanunlara riayət etmir. Gzli yollarla silah alıb və Qarabağ ərazisində gizlədib. Bu zaman onlar beynəlxalq silahlara nəzarət komitəsinin qaydalarının heç birinə əməl etməyiblər. Lakin həmin silahların böyük bir qismi ordumuz tərəfindən məhv edilib.
Əgər beynəlxalq təşkilatlar ədalətli mövqedən çıxış edərək ikili münasibət göstərməzsə, bundan sonra Ermənistanın dünya bazarından silah alması daha ciddi izlənəcək. Artıq onların yeni növ silah alması mümkün olmayacaq. Bu yolda onlar daim manelərlə qarşılaşacaqlar. Ermənistanın bizim işğaldan azad etdiyimiz torpaqlarda heç bir haqqı yoxdur. Buna görə də hər hansı məhdudiyyətlərin qoyulmasından söhbət gedə bilməz. Çünki onların belə bir ixtiyarı, haqqı yoxdur. Qarabağ Azərbaycanın ərazisidir. Burada Ermənistanın heç bir hüququ yoxdur".

Вернуться назад