Главная > Siyasət > Putinin ən yaxın adamı Zakir Həsənovu Qələbə paradına dəvət etdi

Putinin ən yaxın adamı Zakir Həsənovu Qələbə paradına dəvət etdi


30-10-2019, 12:47. Разместил: azadses
Şoyqu prezidentlə görüşündə bu barədə bildirib
Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovu Moskvada Qırmızı Meydanda Qələbə Paradında iştiraka dəvət edib. 
Rusiyalı nazir MDB ölkələrindən olan həmkarlarını keçmiş SSRİ xalqlarının ortaq hərbi tarixini yenidən yazmağa və II Dünya müharibəsi hadisələrini təhrif etməyə çalışanlarla mübarizə aparmağa çağırıb.
Onun sözlərinə görə, məhz tarixin saxtalaşdırılmasının qarşısını almaq məqsədi ilə Rusiya tərəfi Qələbə Gününün 75-ci ildönümünün qeyd olunması ilə bağlı Moskvada keçiriləcək bayram tədbirlərinə MDB ölkələrindən olan həmkarlarını da dəvət edib.
O, Azərbaycan hərbçilərinin əvvəllər olduğu kimi, bu tədbirdə də fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirib.




Вернуться назад