Главная > Siyasət > Böyük eşqin şairi öldüyü gün anıldı

Böyük eşqin şairi öldüyü gün anıldı


6-01-2020, 18:40. Разместил: azadses
Dənizə atsalar da, ürəklərə gömüldü
Böyük məhəbbət və nakam sevgi şairi Mikayıl Müşfiq bu gün doğulduğu Xızı rayonunun Sayadlar kəndində anılıb. Bu da səbəbsiz deyil.
Azadsəs-in məlumatına görə, düz 82 il bundan əvvəl - 1937-ci ilin 6 yanvar günündə repressiya qurbanı olan Müşfiq günahı olmadan 15 dəqiqəlik məhkəmə qərarı ilə əsassız günahlandırılaraq edam edilib. Nargin adasında edamdan sonra Xəzər dənizinə atılan Mikayıl Müşfiq dəhşətli şəkildə 29 yaşında həyatdan məhrum edilib və o illərin günahsız qurbanlarının birinə çevrilib. Müşfiq öldürüləndən sonra nəinki unudulub, hətta daimi olaraq yaddaşlara yazılıb.
Sayadlar kəndində doğulmuş, ümumilikdə Azərbaycanın bütün poeziya həvəskarlarının sevimlisinə çevrilmiş Müşfiqin xatirəsi Xızının Sayadlar kəndində həmişə hörmətlə anılır. Öldürüldüyü gündə doğulduğu məkana  yığışan sənət nümayəndələri, həmyerliləri, sakinlər, rəsmilər Mişfiqi  onun ürəkləri riqqətə gətirən şeirlərində anıblar.
Xızı İH başçısının müavini Jalə Süleymanova, şairə Ofeliya Babayeva, şair Vaqif Bəhmənli ölməz Mikayıl Müşfiqlə bağlı ürək sözlərini danışıb, şeirlərinin dərin məna kəsb etməsindən və ölməzliyindən söz açıblar.

Вернуться назад