Главная > Siyasət / Manset > Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib

Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib


25-10-2020, 16:46. Разместил: azadses
Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub.
Bu barədə ''Azad Səs'' Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1 tank və bir neçə atəş nöqtəsi məhv edilib.

Вернуться назад