Главная > Siyasət > Ceyhun Bayramovla Pompeonun görüş saatı açıqlandı

Ceyhun Bayramovla Pompeonun görüş saatı açıqlandı


23-10-2020, 08:50. Разместил: azadses
23 oktyabrda Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfər edəcək.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki , XİN rəhbərinin Vaşinqtonda Dövlət Katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.
ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin məlumatına görə, Pompeonun Ceyhun Bayramovla görüşü saat 09:30-da (Bakı vaxtilə saat 17:30) baş tutacaq.
Qeyd edək ki, Dövlət Katibi Bayramovla görüşdən sonra Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanla da görüşəcək.



Вернуться назад