Главная > Siyasət > Azərbaycan və Pakistan XİN başçıları yenidən DANIŞDILAR
Azərbaycan və Pakistan XİN başçıları yenidən DANIŞDILAR20-10-2020, 10:13. Разместил: azadses |
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və onun pakistanlı həmkarı Şah Mahmud Qureyşi arasında telefon danışığı olub. ''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee "Twitter" səhifəsində məlumat paylaşıb. Xarici İşlər nazirləri iki ölkə arasında mövcud münasibətləri, qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Вернуться назад |