Главная > Siyasət > Hikmət Hacıyev: "Ermənistan dövlət səviyyəsində terror həyata keçirir"
Hikmət Hacıyev: "Ermənistan dövlət səviyyəsində terror həyata keçirir"19-10-2020, 15:06. Разместил: azadses |
![]() ''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Ermənistan Azərbaycanın digər şəhərlərini, o cümlədən sənaye şəhəri olan Mingəçeviri də atəşə tutub: “Onlar Gəncədə böyük vəhşilik törədib. Ermənistan dövlət səviyyəsində Azərbaycanın mülki əhalisinə qarşı terror aktları həyata keçirir. Bununla onlar xalqımızın iradəsini qıra bilməyib. Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə davam edir. Oktyabrın 18-də ikinci dəfə humanitar atəşkəs razılaşmasına baxmayaraq, Ermənistan öz xislətini göstərərək yenidən mülki əhalimizi atəşə tutub. Bu, Ermənistanın terrorçuluq mahiyyətini ortaya qoyur”. Вернуться назад |