Главная > Siyasət > Qarabağda erməni əsgəri ölüb

Qarabağda erməni əsgəri ölüb


2-01-2020, 00:18. Разместил: azadses
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazisində erməni ordusunun əsgəri ölüb.
Bu barədə erməni mətbuatı məlumat yayıb.Məlumatda qeyd edilir ki, hadisə dünən yerli vaxtla saat 11:30-da baş verib. Ermənistan ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Artyom Arturoviç Kazaryan ölüb.
Onun xəstəlikdən öldüyü bildirilir. Ermənistan ordusunun mətbuat xidməti xəbəri təsdiqləyib. Bildirilib ki, hərbi qulluqçunun ölümü ilə bağlı istintaq aparılır.


Вернуться назад