Главная > Siyasət > Erməni terrorçularının artilleriya hücumuna məruz qalmış Gəncədə dağıntılar - FOTOLAR

Erməni terrorçularının artilleriya hücumuna məruz qalmış Gəncədə dağıntılar - FOTOLAR


11-10-2020, 11:26. Разместил: azadses
Xəbər verdiyimiz kimi, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, habelə dünən saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alaraq, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqla terror əməllərini davam etdirir.
''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, düşmən bu gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3-ü qadın olmaqla, 7 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.
İnsan tələfatı, dinc sakinlərin xəsarət alması ilə nəticələnən artilleriya hücumunun mülki infrastruktura vurduğu ziyanın - tələfatın görüntülərini təqdim edirik. 


Вернуться назад