Главная > Siyasət > Prezidentin köməkçisi: "Ermənistanın "qələbə" illüziyaları darmadağın edilib"

Prezidentin köməkçisi: "Ermənistanın "qələbə" illüziyaları darmadağın edilib"


10-10-2020, 14:42. Разместил: azadses
“Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatlar Ermənsitanın "qələbə" illüziyalarını darmadağın edib”.
“Azad Səs” xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin ön xəttə yerləşdirilən hərbi sistemləri darmadağın edilib:
“Azərbaycan silahlı qüvvələri uğurlu əməliyyat həyata keçiriblər. Yenə də onlara cavab verməkdə davam edirlər”.
Prezident köməkçisi bildirib ki, status-kvo dəyişdirilib: “Artıq Azərbaycanın bir çox torpaqları işğaldan azad edilib”.

Вернуться назад