Главная > Siyasət > MN: Şuşada kilsənin dağıdılmasının Azərbaycan Ordusunun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur

MN: Şuşada kilsənin dağıdılmasının Azərbaycan Ordusunun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur


8-10-2020, 16:01. Разместил: azadses
Şuşa şəhərində kilsənin zərər çəkməsi barədə məlumatın Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.
Bu barədə "Azad Səs"-ə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 4-də Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır.

Вернуться назад