Главная > Siyasət > Prezidentin köməkçisi dünya ölkələrinə müraciət etdi
Prezidentin köməkçisi dünya ölkələrinə müraciət etdi8-10-2020, 15:16. Разместил: azadses |
“Jurnalistin reportajı onu göstərir ki, əslən erməni olan Fransa vətəndaşları Ermənistan silahlı qüvvələrinin sıralarında muzdlu yaraqlı olaraq Azərbaycan hərbçiləri və dinc sakinlərinə hücum edirlər". ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb. "Azərbaycanı ittiham etmək yerinə, biz ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq”, - o qeyd edib. Вернуться назад |