Главная > Siyasət / Manset > Putin xokkey oynadı, komandası qələbə qazandı

Putin xokkey oynadı, komandası qələbə qazandı


26-12-2019, 00:25. Разместил: azadses
Moskvanın mərkəzində, Qırmızı Meydanda Yeni il münasibətilə baş tutan ənənəvi Gecə Xokkeyi Liqasında Rusiya Prezidenti Vladimir Putin də oynayıb.  
TASS xəbər verir ki, dövlət başçısı adəti üzrə 11 nömrəli forma ilə meydana çıxıb. Onun “Qırmızılar” komandasında Müdafiə naziri Sergey Şoyqu, həmçinin Valeri Kamenski, Pavel Bure, Sergey Fyodorov, Aleksey Kasatanov və digər yerli xokkey əfsanələri çıxış ediblər. 
Rəqib “Ağlar”ın heyətində isə Tula vilayətinin qubernatoru Aleksey Dyumin, biznesmenlər Gennadi Timçenko, Vladimir Potankin, Roman Rotenberq, musiqiçi İqor Butman və başqaları oynayıblar. 
Görüş “Qırmızılar”ın 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. Şaybalardan yarıdan çoxunu rəqib qapısından məhz Putin keçirib. 


Вернуться назад