Главная > Siyasət > “Nümayəndələr palatasına çıxarılan qətnamə Avropanın regional təhlükəsizlik maraqlarına ziddir” - Deputat

“Nümayəndələr palatasına çıxarılan qətnamə Avropanın regional təhlükəsizlik maraqlarına ziddir” - Deputat


6-10-2020, 10:17. Разместил: azadses
“Ermənipərəst deputat Jackie Speierin müəllifi olduğu ABŞ Konqresində Nümayəndələr palatasının müzakirəsinə çıxarmağa hazırlaşdığı qətnamə layihəsi nəinki Azərbaycanın, eyni zamanda Avropanın regional təhlükəsizlik maraqlarına ziddir”
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, Dağlıq Qarabağda olan illeqal rejim Mingəçevirdəki su anbarını, eyni zamanda, enerji əhəmiyyətinə malik olan TAP, TANAP layihələrinin keçdiyi rayonları vuracağını iddia edir.

“Hesab edirəm ki, bu cür təhdidlər Avropa ölkələrinin də maraqlarına ziddir. Buna görə də digər ölkələr də bu prosesdə aktiv iştirak etsinlər. Azərbaycan vətəndaşları ilə birlikdə bu qətnamənin qəbul olunmasının qarşısını alsınlar”.

Вернуться назад