Главная > Siyasət > Rusiyalı politoloq: "Azərbaycan haqlı tərəfdir"
Rusiyalı politoloq: "Azərbaycan haqlı tərəfdir"1-10-2020, 17:52. Разместил: azadses |
“Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın “Russia-1” telekanalındakı çıxışları Rusiya tamaşaçıları üçün olduqca əlamətdar hadisədir”. Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova dilə gətirib. Ekspertin qənaətincə, Prezident İlham Əliyev Azərbaycanın bu münaqişədə haqlı tərəf olduğunu rusiyalı tamaşaçılara çatdırmağı bacarıb: “Prezident İlham Əliyev öz mövqeyini tamaşaçılara çatdıraraq Azərbaycanın haqlı tərəf olduğunu inamla və aydın şəkildə izah etməyi bacarıb. Bununla yanaşı, Prezident Türkiyə təyyarələrinin guya Ermənistan hərbi texnikasına zərbə endirməsi, yaxud Paşinyanın dediyi kimi, müharibənin Ermənistan ərazisində getməsi barədə fikirlərin Ermənistan tərəfindən dezinformasiya olduğuna tamaşaçıların diqqətini cəlb edib”. “Ekranda gərgin görünən, üstəlik, yalan danışan N.Paşinyanla müqayisədə Azərbaycan Prezidenti daha inamlı və mötəbər təsir bağışlayır, fikrini daha səlis çatdırırdı”, - rusiyalı politoloq fikrini tamamlayıb. Вернуться назад |