Главная > Siyasət > “Ermənistan Müdafiə Nazirliyinin yaydığı informasiya yalandır”

“Ermənistan Müdafiə Nazirliyinin yaydığı informasiya yalandır”


29-09-2020, 10:48. Разместил: azadses
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Vardanes rayonu ərazisində yerləşən hərbi hissəni atəşə tutması ilə bağlı Ermənistanın Müdafiə Nazirliyinin yaydığı informasiya tamamilə yalandır.
''Azad Səs'' "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri həmin ərazidən Azərbaycan mövqelərini atəşə tutur.
Qeyd edək ki, işğalçı Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan bildirib ki, Azərbaycan ordusu Ermənistanın sərhəd bölgələri, o cümlədən Vardenes şəhəri istiqamətində atəş açıb.


Вернуться назад