Главная > Siyasət > Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib - VİDEO

Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib - VİDEO


28-09-2020, 15:22. Разместил: azadses
Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.
 
''Azad Səs'' xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.
 
Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.



Вернуться назад