Главная > Siyasət > MN: Ermənistan hərbi komandanlığı öz əsgərlərinin güllələnməsi barədə əmr verib

MN: Ermənistan hərbi komandanlığı öz əsgərlərinin güllələnməsi barədə əmr verib


28-09-2020, 13:42. Разместил: azadses
Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır.

“Bəzi xəbərlərə görə, artıq həmin postlarda silahın tətbiqi ilə ciddi insidentlər qeydə alınıb, ölən və yaralananlar var”. Report

Вернуться назад