Главная > Siyasət > Ermənistan ordusu türkiyəli jurnalistləri atəşə tutdu

Ermənistan ordusu türkiyəli jurnalistləri atəşə tutdu


27-09-2020, 12:19. Разместил: azadses
Ermənistan ordusu cəbhəyanı kəndlərdə çəkiliş aparan türkiyəli jurnalistləri atəşə tutub.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" Agentliyi məlumat yayıb.
 
Agentliyin məlumatına görə, müxbirlər əyinlərində jurnalist forması olmasına baxmayaraq, Ermənistan ordusunun əsgərləri tərəfindən atəşə tutulublar.
 
Onlar atəşdən son anda xilas olublar.

Вернуться назад